logo

“Şahdəniz”in gəlirləri ötən illə müqayisədə 3 dəfə azalıb

14:54 06-08-2024 | icon 1316
“Şahdəniz”in gəlirləri ötən illə müqayisədə 3 dəfə azalıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən avqustun 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.

YeniAvropa ARDNF-in yaydığı məlumata istinadla xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə azalıb.

O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 2,3 dəfə azalaraq 113,878 milyon dollar təşkil edib.