logo

Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 3,6 milyard dillar gəlir əldə edilib

14:14 06-08-2024 | icon 1078
Cari ildə “Azəri-Çıraq-Günəşli”dən 3,6 milyard dillar gəlir əldə edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 13,23 faiz azalıb.

YeniAvropa Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.