Sentyabrın 28-də səhər saatlarında İndoneziyada 7,7 bal gücündə güclü zəlzələnin ardından sunami baş verib.
YeniAvropa Türkiyə KİV-inə istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin Sulavesi adasında qeyd alınıb. Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Az keçmiş sunami hadisəsi baş verib. Ölkənin sahilləri iki metrə yaxın hündürlükdə sunami dalğalarının altında qalıb.
Hələlik insan tələfatı və dağıntılar barədə məlumat verilmir.