logo

Bu gün paytaxtın 4 rayonunda qaz olmayacaq

10:30 02-08-2024 | icon 1267
Bu gün paytaxtın 4 rayonunda qaz olmayacaq

Səbail, Xəzər, Binəqədi və Sabunçu rayonları ərazisində yerləşən bəzi qaz xətləri üzərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Ceyhun Hasilov, Nürəddin Paşayev, Tofiq Məmmədov küçələrində, Sulutəpə və Şağan qəsəbəsi Nüsrət Məmmədov, Məktəbli küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Eynilə qeyd edilən müddətdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, Maştağa Albalılıq, Bilgəh Albalılıq, Bağlar massivinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.