logo

“Azpetrol” Əsgəranda modul tipli YDM istifadəyə verib

13:13 30-07-2024 | icon 1071
“Azpetrol” Əsgəranda modul tipli YDM istifadəyə verib

İyulun 30-da Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsinə malik “Azpetrol” şirkəti strateji inkişaf planına uyğun olaraq, Xocalı rayonunun Əsgəran qəsəbəsində modul tipli 105-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

YeniAvropa xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində Aİ-92, Aİ-95 və dizel yanacaq növlərinin satışı həyata keçiriləcək.

Xatırladaq ki, “Azpetrol” şirkətinin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak” 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb.

Qeyd edək ki, hazırda Şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə ən müasir avadanlıqlarla təchiz olunmuş 104 yanacaqdoldurma məntəqəsi (YDM), 1 maye qazdoldurma məntəqəsi (QDM ), 4 CNG tipli (CNG) qazdoldurma postu (Sıxılmış təbii qaz), 4 LPG postu (Propan-Butan), 1 STQ tipli (CNG) terminalı və 20 elektromobillərin enerji ilə doldurulma postu fəaliyyət göstərir.

“Azpetrol” - Daim inkişafa doğru!

Əlaqə: 957