Ankarada keçirilən FETÖ əməliyyatında, "ByLock" istifadə etdiyi sübut edilən 14 "Ziraat Bankası" əməkdaşı saxlanılıb.
YeniAvropa xəbər verir ki, Ankara Baş Prokurorluğu, hamısı "ByLock" istifadəçisi olduqları müəyyən edilən və hazırda "Ziraat Bankası"nda çalışdığı müəyyənləşdirilən 14 şübhəlinin həbs olunduğunu açıqlayıb.
Xatırladaq ki, "ByLock" teror təşkilatı FETÖ-nun istifadə etdiyi "Whatsapp"a bənzər proqramdır.
Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC Türkiyənin "Ziraat Bankası"nın törəmə bankıdır.