logo

Bakıda taksilərin sayı 2 dəfə azalıb

11:33 19-07-2024 | icon 1463
Bakıda taksilərin sayı 2 dəfə azalıb

Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb.

YeniAvropa xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov brifinqdə məlumat verib. 

"Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, - deyə o, sözlərinə əlavə edib.