logo

Bu gün Nəsimi rayonunun bir hissəsində qaz olmayacaq

09:09 17-07-2024 | icon 924
Bu gün Nəsimi rayonunun bir hissəsində qaz olmayacaq

Nəsimi rayonu, Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə iyulun 16-sı saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

YeniAvropa xəbər verir ki,bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.