logo

Paytaxtın Mətbuat prospekti iki günlük təmirə bağlanır

13:13 12-07-2024 | icon 931
Paytaxtın Mətbuat prospekti iki günlük təmirə bağlanır

İyulun 13-ü saat 06:00-dan iyulun 14-ü saat 22:00-dək Bakı şəhərinin Yasamal rayonunun Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə Agentlikdən bildirilib.