logo

Şimali və Cənubi koreyalı parlamentarilər görüşəcəklər

19:48 27-09-2018 | icon 2380
Şimali və Cənubi koreyalı parlamentarilər görüşəcəklər

Koreya Xalq Demokratik Respublikasının (KXDR) və Koreya Respublikasının parlament nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşü təşkil olunacaq.

YeniAvropa  "Yonhap" agentliyinə istinadla xəbər verir ki, görüşün keçirilməsinə dair Cənubi Koreyanın təklifini KXDR tərəfi qəbul edib.

Cənubi Koreya Milli Assambleyasının sədri Mun Hee-Sanq ötən həftə KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama məktub göndərərək, bu il ərzində tarixdə ilk dəfə Şimali və Cənubi parlamentarilərinin görüşünün təşkili barədə təklif irəli sürmüşdü.

Bildirilir ki, görüşün dəqiq vaxtı və yeri yaxın günlərdə müəyyən olunacaq.

Qeyd edək ki, cari ilin əvvəlində iki ölkə arasında münasibətlərdə istiləşmə müşahidə olunur. İl ərzində Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR lideri Kim Çen In arasında 3 görüş keçirilib. Bundan başqa, müxtəlif səviyyələrdə də bir neçə danışıqlar və qarşılıqlı səfərlər olub.