logo

I Qarabağ müharibəsinin 5 şəhidi Xocalıda dəfn edilib

11:11 11-07-2024 | icon 2114
I Qarabağ müharibəsinin 5 şəhidi Xocalıda dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

YeniAvropa xəbər verir ki, Xocalı faciəsi zamanı itkin düşmüş Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlunun nəşinin qalıqları şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb.

Onların nəşinin qalıqları Xocalı şəhərində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda aşkarlanıb.

Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhuna dualar oxunub, məzarları üzərinə tər güllər düzülüb, əklil qoyulub.