İlham Əliyev və xanımı Botanika İnstitutunun yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Botanika İnstitutunun yeni inşa olunmuş binasının açılışında iştirak edib və Nəbatat Bağında görülən işlərlə tanış olublar.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Mərkəzi Nəbatat Bağında həyata keçirilən yenidənqurma və tikinti işləri barədə məlumat verib.
Bildirilib ki, 45 hektardan artıq ərazini əhatə edən bağda 247 növ ağac və 162 növ kol bitkisi qorunur. Yenidənqurma zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun 1935-1938-ci illərdə inşa edilən inzibati binası qəzalı vəziyyətdə olduğu üçün burada yeni bina tikilib. Beş mərtəbədən ibarət olan yeni binanın ümumi sahəsi 3700 kvadratmetrdir. Binanın birinci mərtəbəsi laboratoriya sektorlarından ibarətdir. Burada bitki ehtiyatları və etnobotanika, həmçinin toxum bankı, bitki introduksiyası şöbələri yerləşir. Binanın ikinci mərtəbəsində 80 nəfərlik akt zalı, üç laboratoriya, müdafiə şurası, Botanika İnstitutunun elmi şurasının katibliyi, mühasibatlıq yerləşir. Üçüncü mərtəbədə isə geobotanika, ictimaiyyətlə əlaqələr, eksperimental botanika və beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərəcək. Ali bitkilər sistematikası və herbari fondu dördüncü mərtəbədə yerləşir. Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə institut yarandığı vaxtdan fəaliyyət göstərir. Burada Azərbaycanla yanaşı, digər ölkələrin altı yüz minə yaxın flora növü qorunur.
Eyni zamanda, Mərkəzi Nəbatat Bağının 1937-ci ildə tikilmiş və tamamilə yararsız hala düşmüş 900 kvadratmetrlik aypara şəkilli inzibati binası da əsaslı təmir edilib.
Mərkəzi Nəbatat Bağı ərazisində tikintisi davam etdirilən müasir tipli oranjereyaya da baxış keçirildi. Bildirildi ki, oranjereyanın eni 19, uzunluğu 47, hündürlüyü isə 15 metrdir. Daxilində yerdən 3 metr hündür körpü və hər iki qapını birləşdirən piyada yolu var. Oranjereya müasir tipli isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunacaq. Üzərindəki şüşə sisteminin 40 ədədi avtomatik açılaraq mövsümə uyğun havalandırmanı təmin edəcək.
Qeyd edək ki, Azərbaycan florasında mövcud olan bitki növlərinin və genofondunun qorunması məqsədilə 1934-cü ildə yaradılan Mərkəzi Nəbatat Bağı elmi-tədqiqat müəssisəsi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə formalaşmağa başlayıb. Hazırda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bitki biomüxtəlifliyinin qorunması və səmərəli istifadə olunması məsələlərinə xüsusi diqqət yetirilir. Mərkəzi Nəbatat Bağında yenidənqurma işləri məhz Azərbaycan prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq həyata keçirilib.
Hazırda Mərkəzi Nəbatat Bağında “Bitki ekologiyası”, “Dekorativ bitkilərin introduksiyası və seleksiyası”, “Qida və dərman bitkilərinin biokimyası”, “Oduncaqlı bitkilər”, “Tropik və subtropik bitkilər” laboratoriyaları ilə yanaşı, “Strateji inkişaf, beynəlxalq əməkdaşlıq və layihələrin idarə olunması”, “Bioloji kolleksiyalar”, “Bağçılıq və landşaft quruculuğu”, “Təchizat və xidmət” və digər şöbələr fəaliyyət göstərir.
Botanika İnstitutunda elmin informasiya təminat sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi məqsədinə xidmət edən 4 yerli və 2 beynəlxalq məlumat bazası fəaliyyət göstərir.
Botanika İnstitutu bu il COP15-də təsis olunmuş “Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi İttifaqı”na (BCAA-Biodiversity Conservation Alliance for Arid Land) üzv seçilib.
Azərbaycan Qırğızıstanla 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalayıb
Sabah Bakıda 19° isti olacaq
Kazanda İlham Əliyevin Rüstəm Minnixanov ilə görüşü olub
Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb
Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir-Hikmət Hacıyev
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib
Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub
İlham Əliyev Viktor Orbanı təbrik edib
Mikro sahibkarlığa 400 milyon manatdan çox kredit verilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrini elan edib
Azərbaycan nefti 76,56 dollara satılır
Bakıda Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan Gimnaziadada 160 idmançı ilə təmsil olunacaq
Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılışnda iştirak edib
Məşhurlar “Azercell”in tədbirində ədəbiyyatdan danışacaqlar
"COVİD-19"lu xəstələrlə işlələn həkimlərin maaşlarına əlavələr yanvaradak uzadılıb
Peşə məktəblərində təhsil alanların köçürülməsi prosesinə başlanılıb
Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib
İlham Əliyev Rusiya ilə səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6 min manat birdəfəlik müavinət veriləcək
“Bakcell”UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir