logo

Cəbrayılda mina partlamasında ANAMA əməkdaşı həlak olub

13:53 21-06-2024 | icon 1477
Cəbrayılda mina partlamasında ANAMA əməkdaşı həlak olub

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib, ANAMA əməkdaşı həlak olub.

YeniAvropa Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində iyunun 21-də sursat partlayışı hadisəsi baş verib.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur. Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.