logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

10:10 21-06-2024 | icon 1750
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 51 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 70 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 123,o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 52 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.