logo

"Naxçıvan Bank" BOKT-a çevrilir

11:55 20-06-2024 | icon 2450
"Naxçıvan Bank" BOKT-a çevrilir

"Naxçıvanbank" ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyini elan edib.

YeniAvropa xəbər verir ki, bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində məlumat yerləşdirilib.

Bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı 2-ci təcrübədir. Bundan əvvəl "Para Bank" ASC "Para" MMC BOKT-a çevrilib.

Xatırladaq ki, ötən ay Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında “Naxçıvan Bank”ın portfelinin bir hissəsi “Kapital Bank”a satıldığı, bunun “Naxçıvan Bank”ın səhmdarlarının qərarına əsasən baş verdiyini bildirmişdi.

“Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 44 milyon manatdır. Bankın səhmlərinin 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova, 9,82 %-i isə Binnət Novruzova məxsusdur.