logo

“COP29”un keçirilməsi üçün "Yol xəritə"si hazırdır-XİN

11:44 20-06-2024 | icon 1617
“COP29”un keçirilməsi üçün "Yol xəritə"si hazırdır-XİN

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq üçün müddətin az olmağına baxmayaraq indiyə qədər görülən işlər təyin edilən vaxta uyğun gedir.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

"“COP-29"a hazırlıqda ən böyük çətinliyimiz vaxtımızın az olmağı idi. Əgər hazırlıq mərhələsini sessiyadan öncə və sonrakı mərhələlərə bölsək görərik ki, hər şey öz qaydasında gedir. Bundan sonrakı mərhələlər üçün də planlarımız, "Yol xəritə"miz hazırdır”, - nazir müavini qeyd edib.