logo

Həcc ziyarətində istidən ölənlərin sayı 1000-ə yaxınlaşır

11:31 20-06-2024 | icon 2716
Həcc ziyarətində istidən ölənlərin sayı 1000-ə yaxınlaşır

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 900-ü ötüb.

YeniAvropa xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, builki Həcc ziyarəti zamanı 922 nəfərin istidən həlak olduğu bildirilir.

Ölənlər arasında 600-ə yaxın şəxs misirli zəvvarlardır. Ümumilikdə isə ölən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır.

Bununla belə, Səudiyyə Ərəbistanının KİV-lərində ölkədə istidən həlak olan zəvvarlar barədə heç bir məlumat verilmir.

Xatırladaq ki, bazar ertəsi Məkkədə havanın temperaturu 51 dərəcəyə çatıb.