logo

Rusiya PUA-larla Ukraynanın enerji obyektlərini bombalayıb

10:52 20-06-2024 | icon 3073
Rusiya PUA-larla Ukraynanın enerji obyektlərini bombalayıb

İyunun 20-nə keçən gecə Rusiya ordusu Ukraynanın enerji obyektlərinə güclü zərbələr endirib. Hücumlarda istifadə edilən PUA-lar bu ölkənin dörd regionunda energetika avadanlığına zərər vurub.

YeniAvropa xəbər verir ki, bu barədə “Telegram Ukrenergo” kanalındakı məlumata istinadla xəbər verir.

Məlumatda qeyd edilib: “Bu gün gecə saatlarında PUA-lar Ukraynanın mülki energetika infrastrukturuna yeni ağır zərbələr endirib”.

PUA hücumları nəticəsində Vinnitsa, Dnepropetrovsk, Donetsk və Kiyev vilayətlərində obyektlərə ciddi ziyan dəyib.

Bu, Ukraynanın enerji obyektlərinə yeddinci kütləvi hücumdur.