logo

EURO-2024:İspaniya İtaliyaya,İngiltərə Danimarkaya qarşı

10:20 20-06-2024 | icon 3094
EURO-2024:İspaniya İtaliyaya,İngiltərə Danimarkaya qarşı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti 3 oyunu keçiriləcək.

YeniAvropa xəbər verir ki, qarşılaşmalar C və B qruplarında baş tutacaq.

Günün ilk görüşü C qrupunda Sloveniya və Serbiya komandaları arasında oynanılacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.

Bu qrupun digər görüşündə Danimarka ilə İngiltərə yığmaları üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.

Günə B qrupunun İspaniya - İtaliya oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatı iyulun 14-də başa çatacaq.