Dövlət adından dələduzluq edən kibercinayətkar şəbəkə ifşa olunub
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, kibercinayət yolu ilə Azərbaycan Respublikası Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılmışdır.
Cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilmiş, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınmışdır.
Müəyyənləşdirilmişdir ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilmiş, köçürülmüş vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılmış, vəd edilmiş investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilmişdir.
Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
Azərbaycan Qırğızıstanla 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalayıb
Sabah Bakıda 19° isti olacaq
Kazanda İlham Əliyevin Rüstəm Minnixanov ilə görüşü olub
Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb
Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir-Hikmət Hacıyev
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib
Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub
İlham Əliyev Viktor Orbanı təbrik edib
Mikro sahibkarlığa 400 milyon manatdan çox kredit verilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrini elan edib
Azərbaycan nefti 76,56 dollara satılır
Bakıda Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan Gimnaziadada 160 idmançı ilə təmsil olunacaq
Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılışnda iştirak edib
Məşhurlar “Azercell”in tədbirində ədəbiyyatdan danışacaqlar
"COVİD-19"lu xəstələrlə işlələn həkimlərin maaşlarına əlavələr yanvaradak uzadılıb
Peşə məktəblərində təhsil alanların köçürülməsi prosesinə başlanılıb
Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib
İlham Əliyev Rusiya ilə səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6 min manat birdəfəlik müavinət veriləcək
“Bakcell”UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir