logo

Şəkidə məktəbdə baş verən yanğın söndürülüb

09:09 20-06-2024 | icon 3416
Şəkidə məktəbdə baş verən yanğın söndürülüb

Gecə saat 23 radələrində Fövqəladə Hallar Nazirliyinin Şəki və Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissələrinə Turan qəsəbəsində yerləşən tam orta məktəbin binasında yanğın başlaması barədə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə Şəki və Yevlax rayonlarının dövlət yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnika cəlb olunub.

Bütün səylərə baxmayaraq ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/metrlik sahəsinin yanar konstruksiyaları yanıb.

Məktəb binasının qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata əsasən məktəb binası istifadəyə yararsız olub və bir müddət idi ki, orada tədris dayandırılmışdı.

Faktla bağlı araşdırma aparılır.