Sabah Bakıda 37° isti olacaq
Azərbaycanda iyunun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 35-45 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdən başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 32-37° isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, bəzi yerlərdə 28-32° isti olacaq.
Şərqi Zəngəzurda - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz dağlıq ərazilərdə başlayaraq arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, bəzi yerlərdə 28-32° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalan, Füzuli rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-35° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Mingəçevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 20-24° isti, gündüz 26-31° isti olacaq.
Azərbaycan Qırğızıstanla 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalayıb
Sabah Bakıda 19° isti olacaq
Kazanda İlham Əliyevin Rüstəm Minnixanov ilə görüşü olub
Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb
Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir-Hikmət Hacıyev
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib
Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub
İlham Əliyev Viktor Orbanı təbrik edib
Mikro sahibkarlığa 400 milyon manatdan çox kredit verilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrini elan edib
Azərbaycan nefti 76,56 dollara satılır
Bakıda Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan Gimnaziadada 160 idmançı ilə təmsil olunacaq
Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılışnda iştirak edib
Məşhurlar “Azercell”in tədbirində ədəbiyyatdan danışacaqlar
"COVİD-19"lu xəstələrlə işlələn həkimlərin maaşlarına əlavələr yanvaradak uzadılıb
Peşə məktəblərində təhsil alanların köçürülməsi prosesinə başlanılıb
Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib
İlham Əliyev Rusiya ilə səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6 min manat birdəfəlik müavinət veriləcək
“Bakcell”UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir