logo

Dünya çempionatın:Ayan Allahverdiyeva bürünc medal qazanıb

12:52 13-06-2024 | icon 4172
Dünya çempionatın:Ayan Allahverdiyeva bürünc medal qazanıb

Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva Hindistanın Qandinaqar şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

YeniAvropa xəbər verir ki, 11 turdan sonra 8,5 xal toplayan iti zəka sahibi üçüncü yeri tutub. O, son turda belaruslu Kseniya Normana qalib gəlib.

Azərbaycanın digər təmsilçiləri Nərmin Abdinova və Səbinə Rzalı isə mükafatçılar sırasına düşə bilməyiblər.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən yarışda 44 ölkədən 102 şahmatçı mübarizə aparıb.