logo

Azərbaycan millisinə 70 yaşlı portuqaliyalı baş məşqçi gətirildi

11:33 13-06-2024 | icon 2275
Azərbaycan millisinə 70 yaşlı portuqaliyalı baş məşqçi gətirildi

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş ictimaiyyətə təqdim olunub.

YeniAvropa xəbər verir ki, təqdimat mərasimində 70 yaşlı portuqaliyalı mütəxəssisin təyinatının detalları açıqlanacaq.

Qeyd edək ki, Fernandu Santuş 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb. Onun son iş yeri Türkiyənin "Beşiktaş" komandası olub.