logo

Ayxan Abbasova bu dəfə “Şamaxı”nın baş məşqçisi olacaq

10:50 13-06-2024 | icon 2709
Ayxan Abbasova bu dəfə “Şamaxı”nın baş məşqçisi olacaq

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şamaxı” komandasının yeni baş məşqçisi açıqlanıb.

Klubdan YeniAvropa-ya verilən məlumata görə, bölgə təmsilçisi ötən mövsümün sonunda “Turan Tovuz”dan ayrılan Ayxan Abbasova tapşırılıb.

43 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ayxan Abbasov bu vəzifədə Ramiz Məmmədovu əvəzləyib.