logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

10:10 13-06-2024 | icon 1554
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 70 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 121,o cümlədən borclu şəxs qismində axtarılan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün narkotiklərlə əlaqədar 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.