logo

Lənkəranda avtomobilin vurduğu nənə və 2 nəvədən biri ölüb

09:19 13-06-2024 | icon 1568
Lənkəranda avtomobilin vurduğu nənə və 2 nəvədən biri ölüb

Lənkəranda yas mərasimindən qayıdan nənə və nəvələri maşın vurub.

YeniAvropa xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Nüvədi kəndində baş verib. Hərəkətdə olan minik avtomobili 56 yaşlı Mərziyyə Fitat qızı Ağaliyevanı və onun, 3 və 5 yaşlı nəvələrini vurub.

Hər üç piyada yaralı vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, üçyaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb. Nənə və 5 yaşlı nəvənin müalicəsi təcili yardım şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.