logo

Futbol millimizin portuqaliyalı yeni baş məşqçisinin təqdimatı olacaq

12:32 12-06-2024 | icon 2674
Futbol millimizin portuqaliyalı yeni baş məşqçisinin təqdimatı olacaq

Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi və mətbuat konfransının vaxtı bəlli olub.

YeniAvropa AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 13-də “Hilton” hoteldə təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Portuqaliyalı mütəxəssislə müqavilənin detalları da məhz həmin tədbirdə açıqlanacaq.