Sabahdan qəbul imtahanının nəticələri ilə bağlı apellyasiya başlanır
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının birinci cəhdinin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apellyasiya komissiyası fəaliyyət göstərəcək.
DİM-dən YeniAvropa-ya bildirilib ki, Apellyasiya komissiyasına müraciət etmək istəyənlər iyunun 13-ü saat 10:00-dan iyunun 15-i saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
- Apellyasiya komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
- İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
- İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.
Bundan sonra abituriyentlər “apelyasiya.dim.gov.az” saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə DİM-in saytında tanış ola bilərlər.
Apellyasiya komissiyasına müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi mayın 26-da II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahan vermək üçün ərizə təsdiq etmiş 48 min 978 abituriyentdən (II qrup üzrə 23 min 874 nəfər, III qrup üzrə 25 min 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. Abituriyentlərdən 16 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Turan Anar oğlu Əliyev göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Zeynəb Hünər qızı Hacıyeva göstərib. O, imtahanın birinci mərhələsində 290 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu İlahə Rəşad qızı Məhərrəmzadə göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Azərbaycan Qırğızıstanla 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalayıb
Sabah Bakıda 19° isti olacaq
Kazanda İlham Əliyevin Rüstəm Minnixanov ilə görüşü olub
Xankəndidə yaşayan 70 yaşlı erməni qadın ölüb
Azərbaycanın iqlimlə bağlı rolu regional sülh səylərinin bir hissəsidir-Hikmət Hacıyev
İlham Əliyev BRICS Sammitində iştirak etmək üçün Kazana səfər edib
Azərbaycanın Gimnaziada İdman Oyunlarındakı bayraqdarları məlum olub
İlham Əliyev Viktor Orbanı təbrik edib
Mikro sahibkarlığa 400 milyon manatdan çox kredit verilib
QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrini elan edib
Azərbaycan nefti 76,56 dollara satılır
Bakıda Azərbaycan Mikromaliyyə Konfransı keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Azərbaycan Gimnaziadada 160 idmançı ilə təmsil olunacaq
Pərviz Şahbazov “Bir kəmər, bir yol” Enerji Nazirlərinin Konfransında içtirak edir
Müdafiə Nazirliyinin rəhbərliyi “SAHA EXPO 2024” sərgisinin açılışnda iştirak edib
Məşhurlar “Azercell”in tədbirində ədəbiyyatdan danışacaqlar
"COVİD-19"lu xəstələrlə işlələn həkimlərin maaşlarına əlavələr yanvaradak uzadılıb
Peşə məktəblərində təhsil alanların köçürülməsi prosesinə başlanılıb
Əsgəranda sement zavodu fəaliyyətə başlayıb
Zakir Həsənov Qırğızıstana rəsmi səfərə gedib
İlham Əliyev Rusiya ilə səhiyyə sahələrində əməkdaşlıq sazişini təsdiqləyib
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6 min manat birdəfəlik müavinət veriləcək
“Bakcell”UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır
Azərbaycanda yeni rüsumlar müəyyənləşdirilir