logo

İsmayıllıya yağan leysan kəndlərin rayon mərkəzi ilə əlaqəsini kəsilib

10:30 12-06-2024 | icon 1981
İsmayıllıya yağan leysan kəndlərin rayon mərkəzi ilə əlaqəsini kəsilib

Ötən gün axşam saatlarından başlayaraq İsmayıllıya yağan leysan xarakterli yağış və güclü külək Lahıc qəsəbəsinə və ətraf kəndlərə gedən yolun bağlanmasına səbəb olub.

YeniAvropa xəbər verir ki, yağış və güclü külək səbəbindən dağlardan gələn torpaq qatı və iri qaya parçaları İsmayıllı-Lahıc avtomobil yolunun üzərinə tökülüb, nəticədə sürücülərin hərəkəti çətinləşib. Hazırda yol hər iki istiqamətdə bağlıdır.

Əraziyə ağır texnika və canlı qüvvə cəlb edilib, yolun hərəkət hissəsində olan qaya parçaları və lil qatı təmizlənir.

Hazırda ərazidə yağışlı hava şəraiti davam edir, çaylarda suyun artması müşahidə olunur.