logo

Ordumuzun itkin düşən əsgəri Ordubad rayonunda dəfn edilib

09:18 12-06-2024 | icon 1323
Ordumuzun itkin düşən əsgəri Ordubad rayonunda dəfn edilib

Azərbaycan Ordusunun iyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi Şərurun Günnüt yaşayış məntəqəsi istiqamətində tapılıb.

YeniAvropa xəbər verir ki, Ordubad rayonunun Gənzə kənd qəbiristanlığında vida mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, rayon və kənd sakinləri, ictimaiyyət, media nümayəndələri iştirak ediblər.

Ceyhun Hüseynov kənd qəbiristanlığında torpağa tapşırılıb.