logo

Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub

15:11 26-09-2018 | icon 2380
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu il yanvarın 1-dən etibarən elektrik enerjisinin, qazın, suyun və duzun əhaliyə pulsuz verilməyəcəyi barədə qərar qəbul edib. 

YeniAvropa xəbər verir  ki, Türkmənistanda əhalinin elektrik enerjisindən, qazdan və sudan pulsuz istifadə etməsi haqqında qərar 1992-ci il dekabrın 1-də qəbul olunmuşdu. Bir qədər sonra bu siyahıya məişət duzu da daxil edilmişdi.

Qərara əsasən, elektrik enerjisi, qaz və su respublikada limit çərçivəsində pulsuz verilirdi. Limitdən artıq istifadəyə görə ödənişlər də çox ucuz idi və simvolik sayılırdı.