İranın Əhvaz şəhərində hərbi paradda terror törətməkdə şübhəli bilinən 22 nəfər həbs olunub
İranın Əhvaz şəhərində sentyabrın 22-də keçirilən hərbi paradda törədilən terror aksiyasının hazırlanmasında şübhəli bilinən 22 nəfər həbs edilib.
YeniAvropa xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumat yayıb. Xəbərdə bildirilir ki, həbs olunanların evlərində axtarış aparılıb, partlayıcı maddələr, silah-sursat aşkar edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların gizli bazası da tapılıb və oradakı hərbi texnika ələ keçirilib.
Hazırda istintaq tədbirləri davam edir.