logo

Astanada ikinci media həftəsi keçirilir

10:54 26-09-2018 | icon 2828
Astanada ikinci media həftəsi keçirilir

Qazaxıstanın paytaxtında ikinci “Astana Media Week-2018” media həftəsi keçirilir.

YeniAvropa xəbər verir  ki, yerli və xarici KİV-lərdən 2000-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə media sahəsində əməkdaşlığın perspektivləri müzakirə ediləcək və təcrübə mübadiləsi aparılacaq. Tədbirin əsas məqsədi media sahəsində regional münasibətlərin inkişafına, beynəlxalq əməkdaşlığa təkan verməkdir. Media həftəsi çərçivəsində iştirakçılar üçün, həmçinin seminarlar və ustad dərsləri təşkil olunacaq.

“Astana Media Week” çərçivəsində regional KİV-lərin forumu və “Astana Digital” forumu keçiriləcək.

Sonda mətbuat nümayəndələri mükafatlandırılacaqlar.