logo

Niderlandın yeni səfiri Ankaraya gəlib

09:14 25-09-2018 | icon 2604
Niderlandın yeni səfiri Ankaraya gəlib

Niderland hökuməti Türkiyəyə təyin olunan yeni səfirini Ankaraya göndərib.

YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, xanım səfir Marjanne de Kvaasteniet etimadnaməsini Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edəndən sonra qardaş ölkədə rəsmən fəaliyyətinə başlayacaq. Marjanne de Kvaasteniet bundan əvvəl Niderlandın NATO-da rəsmi təmsilçisi olub. O, jurnalistlərə aşıqlamasında Türkiyədə maraqlı həyat yaşamağı və iki ölkə arasında münasibətlərin yaxşı məcrada inkişafı üçün çalışa biləcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, ötən ilin mart ayından Niderland tərəfinin Türkiyənin hökumət üzvlərinə hörmətsiz hərəkətləri səbəbindən iki ölkə arasında siyasi böhran hökm sürürdü.