logo

Bir ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

21:03 23-09-2018 | icon 2443
Bir ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb

Son 1 ayda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 513 əməkdaşı öldürülüb.

YeniAvropa  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tarık Şah Bəhrami parlamentdəki çıxışında bildirib.

O, qeyd edib ki, son 1 ayda terrorçularla döyüşlərdə təhlükəsizlik qüvvələrinin 700-dən çox əməkdaşı yaralanıb. Bu müddət ərzində təhlükəsizlik qüvvələrinin 43 əməkdaşı terrorçular tərəfindən əsir götürülüb.

Nazir bununla belə qeyd edib ki, ötən ay terrorçuların da itkiləri 3 dəfə artıb. Tarık Şah Bəhraminin sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməkdaşları üçün qanlı aylar geridə qalıb. 

Nazirlik yeni təhlükələrin qarşısının alınması üçün bəzi planlar üzərində çalışır.