logo

İran prezidenti: Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir

12:52 23-09-2018 | icon 2765
İran prezidenti: Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir

Vaşinqton Tehranla bağlı siyasətinə yenidən baxmasa, ABŞ prezidenti Donald Tramp və onun ölkəsini Səddam Hüseynin aqibəti gözləyəcək.

YeniAvropa "RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

O həmçinin qeyd edib ki, İran hətta ABŞ-ın təzyiqi altında belə raket proqramından imtina etməyəcək.

 "BMT və Təhlükəsizlik Şurası Səddamı müharibəni başlamaqda məsuliyyətli bildi, onu əvvəl dəstəkləyən bütün ölkələr isə buna təəssüfləndilər. Eyni aqibət Tramp və Amerikanı gözləyir", - deyə "Press TV" Ruhaninin sözlərini sitat gətirib.