logo

Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb

10:11 19-09-2018 | icon 2793
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb

Şimali Koreya ilə Cənubi Koreya Pxenyan sammitinin nəticələrindən sonra hərbi sahədə əməkdaşlıq etmək barədə müqavilə imzalayıblar.

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, sənədə Cənubi Koreyanın müdafiə naziri Son Yen Mu və Şimali Koreyanın silahlı qüvvələri naziri No Qvan Çhol imza atıblar.

Xatırladaq ki, Cənubi Koreya prezidenti Mun Ce-in Şimali Koreyada səfərdədir.