logo

Qarabağda növbəti silah-sursat anbarı aşkarlanıb

12:42 16-01-2024 | icon 707
Qarabağda növbəti silah-sursat anbarı aşkarlanıb

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdikləri lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkarlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.