logo

"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

18:58 02-05-2024 | icon 2037
"Bakcell" çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

"Bakcell"in baş icraçı direktoru Klaus Mueller Azərbaycanın qadınlar arasında ilk Avropa çempionu şahmatçısı Ülviyyə Fətəliyevanı möhtəşəm qələbə münasibətilə təbrik edib.

YeniAvropa xəbər verir ki,"Bakcell" baş ofisində keçən görüşdə qrossmeyster Ülviyyə Fətəliyevaya qızıl "Bakcell" nömrəsi və 1 illik balans hədiyyə edilib, eləcə də  son model smartfon təqdim olunub. Şahmatçımızın qələbəsinin bütün Azərbaycanı qürurlandırdığını bildirən "Bakcell" baş icraçı direktoru Ülviyyə Fətəliyevaya karyerasında uğurlarının daimi olmasını diləyib.

Görüş zamanı "Bakcell"in yeni brend kimliyindən danışan Klaus Mueller bildirib ki, loqodakı 5 dinamik fiqur gələcəyə yol açan bir ulduz yaradır. Bu ulduz insanları, məkanları və dəyərli anları bir-birinə bağlayır , çempion şahmatçımızın bugünkü qələbəsi məhz belə anlardandır.

file..+00+1-

file..+00+1-+1

file..+00+1-+2

file..+00+1-+3