logo

Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək

09:09 02-05-2024 | icon 1729
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək

Mayın 2-si saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildirilib ki, hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrdir.

Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.