logo

Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

13:13 02-05-2024 | icon 973
Özbəkistan prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndə heyətini qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

“Özbəkistana işgüzar səfərimiz zamanı Özbəkistan prezidenti Şavkat Mirziyoyevin qəbulunda olduq. Azərbaycan-Özbəkistan strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və iki ölkə prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri əsasında daha yüksək səviyyəyə çatdırılması, iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatının birgə inkişafa verdiyi töhfələr barədə fikirlər ifadə edilib”, - deyə nazir paylaşımında qeyd edib.