logo

İranın Fransadakı səfirliyinə basqın olub

15:56 15-09-2018 | icon 2793
İranın Fransadakı səfirliyinə basqın olub

İran İslam Respublikasının Fransadakı səfirliyinə olan basqın təxribatdır və bu hadisənin iştirakçıları cinayət məsuliyyətinə cəlb edilməlidir.

YeniAvropa xəbər verir  ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. O bildirib ki, basqın zamanı İranın Parisdəki səfirliyinin binasına cüzi ziyan dəyib. Lakin basqın zamanı polisin hadisə yerində olması və buna mane olmaması təəccüb doğurur. İran tərəfi Fransa hökumətindən tələb edir ki, beynəlxalq qanunlar çərçivəsində İranın Fransadakı diplomatik nümayəndəliyinin binasının təhlükəsizliyini təmin etsin və gələcəkdə bu kimi hallara yol verilməsin.

B.Qasemi onu da vurğulayıb ki, aksiyada iştirak edənlər polis tərəfindən saxlanılıb. Lakin onların məsuliyyətə cəlb edilməsi haqqında məlumat verilmir.

Xatırladaq ki, ötən gün bir qrup şəxs İranın Paris şəhərindəki səfirliyinin hasarından aşaraq binanı dağıtmaq istəyib.