Bu ilin yanvar-avqust aylarında Gürcüstanın turizmdən əldə etdiyi gəlir 2,2 milyard dollar təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.
Sənədə əsasən, qonşu ölkə xarici turizmdən ən çox gəliri 441 mln. olmaqla avqust, ən az gəliri isə 157 mln. dollar olmaqla yanvar ayında əldə edib.
Qeyd edək ki, bu ilin ilk 8 ayı ərzində Gürcüstana 5 895 914 nəfər əcnəbi ziyarətçi səfər edib ki, onların da 956 057 nəfərini Azərbaycandan gedənlər təşkil edib.
Gürcüstana bu ilin sonuna qədər 8,5 mln. əcnəbi ziyarətçinin səfər edəcəyi, ölkənin xarici turizmdən əldə edəcəyi gəlirin isə 3 mlrd. dollardan çox olacağı proqnozlaşdırılır.