Bakı metrosunun bütün stansiyalarında QR biletlə ödəniş mümkün olub
Nəqliyyat sahəsində xidmətlərin elektronlaşdırılması və rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində növbəti addım atılıb. Belə ki, artıq Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərə QR bilet sistemi ilə gediş haqqını ödəmək imkanı yaradılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Belə ki, sərnişinlər QR ödəniş üsulundan mobil cihazlarına “BakıKart” mobil tətbiqini yükləməklə istifadə edə bilərlər.
Xatırladaq ki, bu sistem, pilot layihə kimi, ilk dəfə bu ilin sentyabr ayında Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında tətbiq edilib. Artıq bütün stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki 350-dən artıq qurğuda (turniketdə) texniki işlər tam yerinə yetirilərək proqram təminatını həyata keçirən cihazlar quraşdırılıb və sınaqlar uğurla başa çatdırılıb.
Yeni ödəniş üsulunun üstünlükləri isə bunlardır:
∙ Kartsız olması – “BakıKart” plastik kartını almağa sərf olunan vəsaitə qənaət etməyə imkan yaradır. QR bileti yaratmaq üçün sadəcə mobil telefonun internetə çıxışının olması kifayətdir.
∙ Vaxta qənaət – artıq “BakıKart” plastik kartının balansını artırmaq üçün yükləmə terminalından istifadə etməyə ehtiyac yoxdur. Sərnişin hesabının balansını rahatlıqla “BakıKart” mobil tətbiqi üzərindən artıra və izləyə bilər.
∙ Ödəniş tarixçəsinin izlənilməsi – sərnişin tətbiqdə ictimai nəqliyyata sərf etdiyi vəsaiti izləyərək dövri büdcəni hesablaya bilər.
QR bileti “BakıKart” mobil tətbiqini “Google Play” və ya“App Store” platformalarından yükləyərək və qeydiyyatdan keçərək yaratmaq mümkündür. Bu zaman “pul kisəsi”ndə balans ən azı 1 manat artırılmalıdır. Sərnişin yaradılmış QR bileti turniketdə ödəmə displeyinə yaxınlaşdıraraq keçid edə bilər.
QR bilet istifadəçiləri bunları bilməlidirlər:
∙ QR bilet yalnız bir gediş üçün etibarlıdır;
∙ QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
∙ QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
∙ Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
∙ QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Bu ilin iyun ayında avtobuslarda nağdsız ödənişlər üçün “BakıKart” mobil tətbiqi istifadəyə verilib. Bu tətbiq istifadəçilərə asanlıqla səfərlərini planlamaq, “BakıKart” plastik kartlarının balansını artırmaq və gediş haqqını ödəmək imkanları yaradır. Həmçinin istifadəçilər tətbiqdə QR biletlər yarada və QR bilet tarixçələrini görə bilərlər.
Hazırda ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan birbaşa ödəniş etmək mümkün olacaq.
2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda müvafiq ödəniş sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.
Avropa İttifaqı Anar Məmmədlinin saxlanılmasından narahatdır
Sinoptiklərdən güclü külək, şimşək,leysan,sulu qar və sel xəbərdarlığı
40 ölkədən olan dini liderlər Bakıda və Şuşada görüşəcəklər
Sabah Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işnə başlayır
Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb
Məhkəmə jurnalist Elnarə Qasımovanı ev dustaqlığına buraxmadı
Sabah Bakıda 26° isti olacaq
1,7 milyondan çox aksiz markasız tütün məmulatı aşkarlanıb
I Qarabağ müharibəsində dəfn edilmiş 183 meyit qalıqları ekshumasiya edilib
İsveç polisi “Eurovision”un təhlükəsizliyini dronlarla qoruyacaq
Göygöldə keçiriləcək Avropa Kubokuna 400-dək cüdoçu qatılacaq
İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür
Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq
“Qarabağ” – “Neftçi” matçının stadionu dəyişdirilib
Avropa çempionu olan şahmatçımıza qızıl medal və kubok təqdim olunub
Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Sabahdan Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib
Azərbaycan nefti 89,70 dollara satılır
Cenevrə Azərbaycana minatəmizləmə sahəsində yardımlar müzakirə edilib
Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür
Laçına daha 23 ailə köçürülüb