Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür
Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) törədilmiş terror aktının növbəti ildönümüdür.
YeniAvropa xəbər verir ki, terror hadisəsindən 15 il ötür.
2009-cu il aprelin 30-u saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusuna daxil olan terrorçunun birinci mərtəbədən altıncı mərtəbəyədək qarşısına çıxanlara “Makarov” tipli tapançadan atəş açması nəticəsində təhsil müəssisəsinin müəllim və tələbələri amansızcasına qətlə yetiriliblər. Terror aktı nəticəsində 12 nəfər həlak olub, 13 nəfər ağır yaralanıb.
Hadisə yerinə dərhal polisin xüsusi təyinatlı nizami hissəsinin, ərazi polis və prokurorluq orqanlarının məsul əməkdaşları gəliblər. Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı cinayətkar özünü öldürüb.
Cinayəti törətmiş şəxsin üstündən 1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğluna məxsus şəxsiyyət vəsiqəsi, “Makarov” tipli tapança, habelə hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Cinayət işi üzrə təqsirli bilinən dörd nəfər də layiqli cəzalarını alıb.
2009-cu il mayın 1-də Prezident İlham Əliyev “Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara birdəfəlik maddi yardım göstərilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat məbləğində birdəfəlik maddi yardım edilib.
Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Universitetin terror aktının törədildiyi ikinci tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə həsr olunmuş barelyef açılıb. Hadisədən bəhs edən və universitetin istehsalı olan “Bir sal yadına” sənədli filmi yaradılıb. Eyni zamanda, ADNSU-da hər il terror aktının ildönümü müxtəlif tədbirlərlə qeyd olunur.
Dünyanın hər hansı bir ölkəsində törədilən terror bütün bəşəriyyət üçün, insanlığa qarşı böyük bəladır. Ona görə də dünya birliyi terrorizmə qarşı qətiyyətlə mübarizə aparmalıdır. Sağlam düşüncə naminə bu gün geniş təbliğat, maarifləndirmə tədbirləri həyata keçirilməlidir.
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib
Sabahdan paytaxtın mərkəzi küçələrindən biri 3 günlüyə bağlanır
Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb
Xankəndiyə prokuror təyin edilib
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub