Sabah Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işnə başlayır
Mayın 1-də Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır.
YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, 3 gün davam edəcək Forumun ilk günündə iki plenar sessiya keçiriləcək.
I plenar sessiya “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” mövzusuna həsr olunub.
Koventri Universitetinin Etimad, Sülh və Sosial Əlaqələr Mərkəzinin direktoru, professor Mayk Hardinin moderatorluğu ilə keçiriləcək iclasda açılış nitqi ilə UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış edəcək. Plenar sessiyanın məruzəçiləri BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyinə dair sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev, Sülh Naminə Əlaqələndiricilər və Qlobal Kompasın təsisçisi, Brazzavildə baş məsləhətçi Jan Kristof Bas, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun rəhbəri Qladin Papin, Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri Efendus Henderson, ASEAN Sülh və Barışıq İnstitutunun icraçı direktoru, səfir Qusti Aqunq Vesaka, Satyarthi Qlobal Şəfqət Hərəkatının icraçı direktoru Asmita Satyarthi olacaq. Sessiya Bakı Konqres Mərkəzinin "Auditorium" zalında keçiriləcək.
“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusunda təşkil ediləcək II plenar sessiyada açılış nitqi ilə BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinos çıxış edəcək.
Anna Pavlyuçenko (BMTSA) və Danna Podmolikovanın (BMTSA) moderatorluğu ilə keçəcək sessiyada dünyanın müxtəlif ölkələrindən İosif Brifel (Təqaüd proqramı), Merihan Əl-Salakavi, (Təqaüd proqramı), Linda Nkeçi Emmanuel (Gənc Qadın Sülhqurucuları Təşkilatı), Lin Əlsadiq (Gənc Qadın Sülhqurucuları təşkilatı), Ceyson Vi (Gənclərin Həmrəylik Fondu), Vera Əl-Mövla (Gənclərin Həmrəylik Fondu), Ziya Əllah Baluç ( Gənclərin Həmrəylik Fondu), Atif Rəşid (Dialoq və dinlərarası şəbəkələr üçün imkanların artırılması proqramı), Nuriya Madavili (PLURAL+), Flora Sayill (Nifrətə qarşı Xəbər Nəsli), Hana Mibida (Nifrətə qarşı Xəbər Nəsli), Şiomara Açevedo (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi), Ketrin Marponq (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi), Alister Çarlz (Mədəniyyətlərarası İnnovasiya Mərkəzi), Grasiyan Mkandavire (Qlobal idman proqramı), Leyla Həsənovanın (COP29-un gənc iqlim çempionu) məruzələri dinləniləcək.
Qeyd edək ki, 1-3 may tarixlərini əhatə edəcək Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə keçiriləcək.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib