logo

Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi keçirilir

14:57 13-09-2018 | icon 2639
Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi keçirilir

Qananın paytaxtı Akkra şəhərində BMT-nin sabiq baş katibi və Nobel sülh mükafatı laureatı Kofi Annanın dəfn mərasimi keçirilir.

YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, vida mərasimi Akkranın beynəlxalq konfrans mərkəzində keçirilir. Mərasimdə BMT-nin hazırkı Baş katibi Antoniu Quterriş, həmçinin bir sıra Afrika ölkələrinin siyasətçiləri, o cümlədən Efiopiya, Serra-Leone və Namibiya prezidentləri, Nigerin baş naziri və Anqolanın vitse-prezidenti iştirak edir.

Qeyd edək ki, Kofi Annanın nəşi sentyabrın 10-da Qanaya gətirilib. O, Akkranın hərbi qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, 1997-2006-cı illərdə BMT-nin baş katibi olmuş Kofi Annan avqustun 18-də 80 yaşında vəfat edib.

Qanalı diplomat, BMT-nin 7-ci baş katibi Kofi Annan 1938-ci ildə doğulub. Atası fanti qəbiləsinin başçısı və Aşanti əyalətinin qubernatoru olub. Vətənində, ABŞ-da və İsveçrədə təhsil alıb. Tələbə olarkən BMT-də işləməyə başlayıb. Əvvəlcə Dünya Səhiyyə Təşkilatında, sonra isə digər strukturlarda çalışıb, BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinə başçılıq edib. 2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.