logo

Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı  səfiri təyin edilib

12:12 09-12-2023 | icon 1057
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı  səfiri təyin edilib

Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:  Məhərrəm Abış oğlu Əliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.