logo

Baş Prokurorluq Astarada “Açıq qapı” günü keçirəcək

10:50 21-11-2023 | icon 742
Baş Prokurorluq Astarada “Açıq qapı” günü keçirəcək

Baş Prokurorluq noyabrın 29-da Astarada ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, “Heydər Əliyev və müasir dövlət quruculuğu” mövzusunda konfransda, Baş Prokurorluğun və digər dövlət qurumlarının məsul şəxsləri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.

Konfrans çərçivəsində, həmçinin Astara rayon Prokurorluğunda media və qeyri-hökumət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala, Sabirabad, Şəmkir və Göyçay şəhərlərində regional konfranslar keçirib.